“Forbes” 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb

Almaniya kansleri Angela Merkel “Forbes” jurnalının versiyasına görə, 2019-cu ildə dünyanın ən nüfuzlu 100 qadını reytinqinə başçılıq edib.

“Report” xəbər verir ki, siyahıda ikinci və üçüncü yerləri BVF-nin keçmiş rəhbəri Kristin Laqard və ABŞ Konqresinin Nümayəndələr palatasının sədri Nensi Pelosi tutublar.

“TOP-10″da həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, “General Motors” şirkətinin rəhbəri Meri Barra, sahibkar, Bill Geytsin həyat yoldaşı Melinda, “Fidelity Investment” şirkətinin prezidenti, milyarder Ebigeyl Conson, ispaniyalı bankir Patrisiya Ana Botin, IBM-in baş direktoru Cinni Rometti, və “Lockheed Martin” korporasiyasının rəhbəri Merilin Hyuson yer alıblar.

Qeyd olunur ki, A.Merkel ardıcıl doqquzuncu ildir reytinqə başçılıq edir.

İsveçli ekoaktivist Qreta Tunberq sıralamada sonuncu – 100-cü yeri tutub.

  DİGƏR XƏBƏRLƏR