“İlin adamı” kim olacaq?

“Time” jurnalı “İlin adamı – 2019” mükafatına namizədlərin qısa siyahısını açıqlayıb. İddiaçılar arasında siyasətçilər, idmançılar, biznesmenlər, fəallar yer alıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “The Hill” yazıb.

 

Belə ki, bu titula ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi, “Facebook”un qurucusu Mark Tsukerberq, ABŞ Prezidenti Donald Tramp, amerikalı futbolçu Meqan Rapino, ÇXR-ın sədri Si Szinpin və İsveçdən olan eko fəal, məktəbli Qreta Tunberq sahib ola bilər.

 

Həmçinin, iddiaçılar arasında Trampla Ukrayna Prezidenti Vladimir Zelenskinin iyul ayında baş tutan telefon danışığının məzmunu barədə məlumat verən Mərkəzi Kəşfiyyat İdarəsinin anonim zabiti də var.

 

Qalibin adını oxucular “Time” jurnalının dekabr sayından öyrənə biləcəklər.

 

Qeyd edək ki, “Time” jurnalının təsis etdiyi “İlin adamı” nominasiyası 1927-ci ildən verilir.

  DİGƏR XƏBƏRLƏR