Məşhur yazıçı Alber Kamyu öldürülübmü? – KQB izi…

20-ci əsrin ən böyük fransız yazıçılarından olan Alber Kamyunun ölümü ilə bağlı aparılan miqyası genişləndirilir. Məşhur yazıçının ölümündə Fransız hökumətinin də əli ola biləcəyi istisna edilmir.
Qaynarinfo xəbər verir ki, ölümündən 60 il keçsə də, yazıçının 1960-cı ildə düşdüyü avtomobil qəzası yenidən müzakirəyə açılıb. Kamyunun Sovet İmperiyasına qarşı çıxışları səbəbindən KQB tərəfindən öldürülmüş ola biləcəyi deyilir. Bu fərziyyəni ilk dəfə 2011-ci ildə İtaliyalı yazıçı Ciovanni Katelli ortaya atıb. O, çex şairi Jan Zabrananın “Celi Zivot” adlı kitabının italyanca tərcüməsində bəzi paraqrafların çıxarıldığını sezib.
Bu paraqrafda Zabrana yazır ki, məsələ haqda məlumatı olan bir nəfər ona KQB-nin Kamyunun minəcəyi avtomobilin təkərlərinə zərər verərək, ölümü ilə nəticələnən qəzaya səbəb olduğunu deyib.
Zabrananın gündəliyində olan həmin hissələr təxminən belədir: “Bu günə qədər hər kəs Kamyunun adi avtomobil qəzasında öldüyünü hesab edirdi. Mənə mənbəsini açıqlamayan bir şəxs bu adamın tamamilə etibarlı olduğunu dedi. Onun iddiasına görə, KQB bu əməliyyatın əmrini o dövrün daxili işlər naziri Dmitri Şepilova vermişdi”.
Mənbə Şepilovun Kamyunun yazılarında xüsusi tənqid subyektlərindən olduğunu bildirir. Bu əmrin də məhz 1957-ci ilin martında “Frans Tireur” qəzetində Kamyu yayımladığı məqaləyə cavab olaraq verildiyi qeyd olunur.
Katelli araşdırmasını “Kamyunun ölümü” adlı kitabında genişləndirib. Yazıçı məsələni italiyan vəkil Culiano Spazzali ilə də müzakirə edib. O, kitabında vəkilin Zabrananın həyat yoldaşı Vergeslə Kamyu barədə söhbətlərini yazıb. Vergesin əlində daha çox dəlil olduğunu ifadə edən vəkil bildirib ki, Veges ona bunun Fransa kəşfiyyatının icazəsi ilə təşkil edilən KQB sui-qəsdi olduğunu deyib.

  DİGƏR XƏBƏRLƏR