Mbappe dünyanın ən bahalı oyunçusudur – Ronaldo TOP-15-də yoxdur

KMPG auditor şirkəti dünyanın ən bahalı oyunçularının yeni siyahısını hazırlayıb.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, 12 liqadan 5000-dən çox futbolçunun transfer dəyəri qiymətləndirilib. Siyahıya PSJ-nin futbolçusu Kilian Mbappe başçılıq edir. 21 yaşlı hücumçunun dəyəri 225 milyon avrodur.

İlk 10-luq:

1. Kilian Mbappe (PSJ) -225 milyon avro

2. Neymar (PSJ) -185 milyon avro

3. Lionel Messi (“Barselona”) – 180 milyon avro

4. Eden Azar (“Real”) – 152 milyon avro

5. Rahim Sterlinq (“Mançester Siti”) – 150 milyon avro

6. Məhəmməd Salah (“Liverpul”) – 150 milyon avro

7. Harri Keyn (“Tottenhem”) – 140 milyon avro

8. Sadio Mane (“Liverpul”) – 130 milyon avro

9. Kevin de Bruyne (“Mançester Siti”) – 130 milyon avro

10. Antuan Qrizmann (“Barselona”) – 125 milyon avro

Maraqlıdır ki, Kriştiano Ronaldonun adı hətta TOP-15-ə də düşməyib.

  DİGƏR XƏBƏRLƏR