Morales Argentinada Boliviyanın sərhədi yaxınlığında yaşayacaq

Boliviyanın sabiq prezidenti Evo Morales Argentinanın San-Ramon-de-la-Nueva-Oran şəhərində yaşayacaq.

E.Moralesin yaşayacağı şəhər Boliviya sərhədi yaxınlığında yerləşir.

Bildirilir ki, Boliviyanın sabiq prezidenti şəhərdə gələn həftə məskunlaşacaq və oradan öz partiyasının 2020-ci il seçkilərində prezidentlik kampaniyasına rəhbərlik edəcək.

Məlumata əsasən, orada həmçinin sabiq vitse-prezident Alvaro Qarsiya Linera və sabiq perzidentlə işləyən digər şəxslər yaşayacaq.

  DİGƏR XƏBƏRLƏR