NATO Nobel Sülh Mükafatına namizəd göstərildi

Son həftələrdə müxtəlif liderlərin tənqidlərinə tuş gələn Şimali Atlantika Müqaviləsi Təşkilatı 2020-ci il Nobel Sülh Mükafatına namizəd göstərilib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, təşkilatın adını norveçli millət vəkili Erlend Viborq Nobelə təqdim edib. O, bəzi hallarda sülhün bərqərar olması üçün hərbi əməliyyatların vacib olduğunu vurğulayıb.
“NATO varlığı ilə son 70 ildir rahatlığımızı təmin edir. NATO sayəsində soyuq müharibənin gerçək savaşa dönməsinin qarşısı alındı”, – deyə millət vəkili bildirib.
Xatırladaq ki, Makronun “NATO-nun beyin ölümü gerçəkləşdi” ifadəsi ilə başlayan müzakirə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Trampın reaksiyası ilə Londondakı zirvədə davam etdirilmişdi.
Qeyd edək ki, Nobel Sülh Mükafatı üçün namizədlərin təqdim olunması vaxtı gələn il yanvarın 31-də başa çatacaq. Bundan əvvəl Honq Konqda Çin rejiminə qarşı aksiyalar keçirən nümayişçilər də Nobelə namizəd göstərilmişdilər.

  DİGƏR XƏBƏRLƏR