Putin: “Rusiya da alman diplomatları ölkədən qovacaq”

Rusiya Berlində Gürcüstan vətəndaşının qətli ilə əlaqədar 2 rus diplomatın deportasiyasına cavab olaraq eyni addımı atacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin açıqlama verib. Lakin o, bunun Rusiya-Almaniya münasibətlərində böhrana səbəb olmayacağını diqqətə çatdırıb.
“Belə hallarda yazılmamış qanunlar var. Əgər diplomatlarımızı göndərirsizsə, biz də sizinkiləri gödəririk. Bu yaxşı bir şey deyil, amma düşünürəm ki, böhrana da səbəb olmayacaq”, – deyə Putin Normand formatı çərçivəsində liderlərin görüşündən sonra keçirdiyi mətbuat konfransında bildirib.
Kreml rəhbəri həmçinin deyib ki, vəziyyəti anlamaq lazımdır. O, kanslerlə razılaşdıqlarını və alman həmkarlarına kömək etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyib.
Eyni zamanda Putin Rusiya və Almaniyanın bu cür faciəli şəraitdə deyil, daha əvvəl əməkdaşlıq etməsinin yaxşı olacağını bildirib.
“Rusiya dəfələrlə lman həmkarları qarşısında bu katilin qaytarılması ilə bağlı məsələ qaldırıb. Təəssüf ki, qarşılıqlı razılaşma əldə edə bilməmişik”, – deyə Putin əlavə edib.

  DİGƏR XƏBƏRLƏR