Putinin nüvə çantasının görüntüləri yayıldı – VİDEO, FOTO

Rusiya prezidenti Vladimir Putinin nüvə raket atma düyməsinə sahib nüvə çantası ilk dəfə bir televiziya  kanalında nümayiş olunub.

Musavat.com xəbər verir ki, görüntülər Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı olan “Zvezda”da yayımlanıb.

Bir çox sovet liderinin və Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsindən sonra Putinin də yanından ayırmadığı nüvə raket atma düyməsi çantasının sirri getdikcə çözülür.

Çantanın görüntülərini hərbi ekspert Aleksey Yeqerov yayımlayıb. Verilişdə çanta haqqında detallar analiz edilib.

Putin'in 'nükleer' çantası ilk kez görüntülendi! ile ilgili görsel sonucu

Hərbi ekspert çantanın SSRİ dövründə “Kazbek” adı ilə tanınması, Vladimir Putin prezident seçildikdən sonra isə “Çeqet” adı alması haqqında da danışıb.

Verilişdə Vladimir Putinin çantanı demək olar ki, hər səfərə özü ilə apardığı vurğulanıb. Çantanı daşıyan əsgərin də xüsusi təyinatlı bir hərbçi olduğu qeyd edilir.

Xüsusi kodların strateji raket mərkəzlərinə göndərildiyi və 2 vacib düyməyə sahib çantanın ağ düyməsinə basıldıqda birbaşa göstərişlərin icra edildiyi bildirilib.

Musavat.com

İlgili resim

  DİGƏR XƏBƏRLƏR