Ruslar araq içməkdən yorulub… (HESABAT)

Rusiyada şərab və araq da daxil olmaqla bəzi spirtli içkilərin satışı azalıb. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə RT 17 milyarddan çox kassa qəbzini təhlil edən “Taxcom” maliyyə məlumatları operatorunun hesabatına istinadən məlumat verib.
Beləliklə, ötən ilin eyni dövrü ilə 2019-cu ilin iyul-oktyabr ayları arasında şərab satışı orta hesabla 20%, araq satışı isə 10% azalıb.
Bununla belə, konyak və viski satışında cüzi də olsa – 1 və 3% arasında artım qeydə alınıb.
Ayrıca alkoqollu enerji içkilərində də satışın artdığı bildirilir. Bu içkilərdə 7%-lik böyümə qeyd olunub.

  DİGƏR XƏBƏRLƏR