Saakaşvili: “Gürcüstanı tərk etməyimə peşmanam”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2013-cü ildə ölkəsini tərk etməsinin səbəbini açıqlayıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, sabiq prezident bu qərardan peşman olduğunu deyib. O, nə olursa olsun, ölkəni tərk etməyin ən pis çıxış yolu olduğunu ifadə edib.
“Bu gün ən çox ona təəssüflənirəm ki, 2013-cü ildə Gürcüstanı tərk elədim. Hər şeyi arxada qoydum və getdim. Ölkədən tutulacağımdan qorxduğum üçün çıxmadım. Bilirsiz ki, məni Ukraynada da bununla hədələyirdilər. Ona görə getdim ki, insanlar artıq məndən yorulmuşdular. Amma indi fikirləşirəm ki, səhv etmişəm”, – deyə Saakaşvili bildirib.

  DİGƏR XƏBƏRLƏR