SSRİ-dən qaçan keçmiş KQB mayoru ABŞ-da öldü

Ölkədən ABŞ-a qaçan SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş əməkdaşı Viktor Şeymov 74 yaşında vəfat edib.
Qaynarinfo “Vaşinqton Post”a istinadla xəbər verir ki, Şeymov oktyabrın 18-də Virciniya ştatının Vyana şəhərində dünyasını dəyişib.
Qəzet xatırladıb ki, şifrələmə, rabitə və texniki təhlükəsizliklə məşğul olan KQB-nin Səkkizinci baş idarəsinin işçisi 1980-ci ildə ailəsi ilə birlikdə CİA agentləri tərəfindən ölkədən çıxarılıb.
Həyat yoldaşı Viktor Şeymovun ölümü barədə məlumatı təsdiqləyib.

  DİGƏR XƏBƏRLƏR