Tatarstanda neftdoldurma stansiyasında partlayış və yanğın baş verdi – VİDEO

Tatarstanın Almetyevsk rayonunda yerləşən “Kaleykino” neftdoldurma stansiyasında partlayış və sonra yanğın baş verib.

“RİA Novosti” xəbər verir ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Partlayış işlədilməyən anbarların birində planlı təmizlik işləri aparıldığı zaman baş verib. Hadisə yerindən kadrlar internetdə yerləşdirilib.

Rusiya FHN-nin yerli idarəsindən bildiriblər ki, yanğın lokallaşdırılıb.

Bizimlə əlaqə saxlayın

  DİGƏR XƏBƏRLƏR