Twitter Suriya prezidenti Bəşər Əsədin səhifəsini bağlayıb

Bəşər Əsədin səhifəsi müsahibənin yayımlanması zamanı twitter şirkət tərəfindən bağlanıb.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, Bəşər Əsədin İtaliyanın “Rai News 24” telekanalına verdiyi müsahibə prezidentin twitter səhifəsində yayımlanarkən səhifə bağlanıb.

Bəşər Əsədin twitter hesabı heç bir xəbərdarlıq olmadan bağlanılıb.

Bəşər Əsəd bu müsahibədə Avropa dövlətlərini də tənqid edib.

O bildirib ki, “Avropa dövlətləri xüsusilə də Fransa və Britaniya ABŞ, Türkiyə və bəzi ərəb dövlətlərilə birgə Suriyadakı terroru dəstəkləyib və ölkədə xaosa rəvac veriblər.”

Qeyd edək ki, Facebook da bir neçə gün öncə İranın İslam İnqilabının lideri Ayətullah Xameneinin ərəb dilli səhifəsini bağlayıb.

  DİGƏR XƏBƏRLƏR