Uşaq Yaradıcılıq Mərkəzində partlayış oldu – xəsarət alan var

Lökbatanda İcra Hakimiyyəti binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib.
Səhiyyə Nazirliyindən  verilən məlumata görə, hadisə barədə məlumat Təcili Yardıma saat 10:14-də daxil olub.
Hadisə yerinə 3 Təcili Yardım briqadası çıxıb. Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllim götürüblər.
Sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllim 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb.
Daha bir neçə nəfər hadisə zamanı stress keçirib.

  DİGƏR XƏBƏRLƏR