Uşaqlara ən çox qoyulan adlar – SİYAHI

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adların siyahısı açıqlanıb.

Siyahıda uşaqlara ən çox qoyulmuş 10 ad yer alıb:

“Bu il yenidoğulan oğlan uşaqlarına ən çox qoyulan ad Yusifdir. Cari il ərzində 2231 uşağa Yusif adı qoyulub. Qız uşaqlarına ən çox qoyulan ad isə Zəhra olub. Belə ki, bu ad 2259 körpəyə qoyulub. Bu il 2055 uşağa Əli, 1767 uşağa Hüseyn, 1424 uşağa Nuray, 1321 uşağa Fatimə, 1555 uşağa Zeynəb, 1429 uşağa Aylin, 1306 uşağa Ömər və 1453 uşağa isə Məryəm adı qoyulub”.

Eyni zamanda bildirilib ki, son beş ildə Yusif adı 14626 uşağa qoyulub. Zəhra adı 14070, Əli adı 11039, Hüseyn adı 10602 və Nuray adı 9909 uşağa qoyulub. Həmçinin son beş ildə 8490 uşağa Fatimə adı, 8437 uşağa Zeynəb adı, 8042 uşağa Aylin adı, 7927 uşağa Ömər, 7785 uşağa isə Məryəm adı verilib.

“Report” uşaqlara ən çox qoyulmuş adların son beş il üzrə siyahısını təqdim edir:

  DİGƏR XƏBƏRLƏR