Ailəsindən küsüb evdən qaçan yeniyetmələr: Aqressivlik haradan qaynaqlanır?

Son vaxtlar yeniyetmələrin küsərək evdən qaçması halları çoxalıb. Həssas yaş dövrünü yaşayan uşaqlar valideynlərinin hər xırda kobudluğuna emosional reakasiya verir və bu yolla onları cəzalandıracaqlarını düşünürlər.
Mövzu ilə bağlı ARB TV–nin “Günə doğru” proqramında sujet yayımlanıb.
Hənifəli Hüseynov (şagird): “Mənim dediyimi eləmirlər, haqsızlıq edirlər, ona görə telefonla oynamağa qoymurlar, məndə danışmıram onlarla” .
Lətifli Kənan (şagird): “Bir gün telefonla oynamaq istəyəndə anam icazə vermədi, ona görə əsəbləşib şüşəni sındırmışam” .
Ata-analar çox vaxt övladlarında olan özünəqapanma və depressiyaya əhəmiyyət vermir, bunu ciddiyə almırlar. Əslində isə onların da dərdləşməyə, valideyn məsləhətinə ehtiyacı var. Bu ehtiyac ailədə ödənməyəndə isə kənarda axtarmağa başlayırlar.
Şəhla Cabbarova (pedaqoq): “Aqressivlik həddindən artıq çoxdur. Bir də görürsən ki , bir –birindən ayrılan valideyinlər olur. Ailə münasibətləri pozulur və o, uşaqlara çox pis təsir edir. Ata ayrı evdə yaşayır, ana ayrı evdə yaşayır. Biz valideyinləri ilə çalışırıq ki, həmin məsələlərdə onlara kömək edək”.
Yenitemələrin psixologiyasına ən çox zərbə vuran isə ailədaxili münaqişələrdir. Ata və ana arasındakı mühabisələr, boşanma halları onların yaddaşında silinməz izlər buraxır.
Vüsalə Babayeva (Yetkinlik Komisiyyasının məsul katibi): “Əgər boşanmaların qarşısı alınarsa uşaqlar psixoloji təsirə düşməz . 2020 –ci ilin yanvar ayında biz bir ailənin barışmağın təşkil eləmişik, o ailə dağılmayıb. Yəni uşaqlar da normal yaşayır…  Uşaqlarla maariflənidirci tədbirlər aparılır, ictimai tərbiyyəçi təyin edilir.
Fərrux Əliyev (Psixoloq): “Ailədə valideyn tərəfindən uşağa yerli-yersiz basqılar çox olduqda, artıq o yeniyetmə yaşına çatanda özünü göstərir. Necə ki, yeniyetmə hessaslıq dövrünü yaşayır, valideyn də ona həssas yanaşmalıdır, dost kimi yanaşmalıdır”.
Özünəqapanan, ailəsindən küsən, evdən qaçmağa meylli olan yeniyetmələri tək qoymamaq lazımdır. Valideyn ona hər dəstəyi verməlidir ki, uşağın psixoloji problemləri daha da böyüməsin.

  DİGƏR XƏBƏRLƏR