Alıcılar arasında yeni trend – Geyimləri alıb istifadə edib daha sonra isə qaytarırlar – VİDEO

Son vaxtlar satıcıların ən çox şikayət etdiyi məsələlərdən biri alıcıların geyimləri alıb istifadə edib daha sonrageri qaytarmasıdır. Bəs hansı hallarda mallar geri qaytarılmalıdır? Əməkdaşlarımız bu suala cavab axtarıblar

İstənilən növ geyimi alırlar istifadə edib 14 gün tamam olmamış gəirib qaytarırlar. Alıcılar arasında yeni trend formalaşıb.

Beləki,14 gün ərzində paltarların qaytarıla bilməsinifürsət bilənlər bundan istifadə edirlər.Geyimləri alıb istifadə edib daha sonra isə mağaza gətirib qaytarırlar.

Satıcıların sözlərinə görə alıcılar əksər hallarda aldıqlarını istifadə etdikdən sonra qaytarırlar.

Satıcılar bildirirlər ki, hətta bir çox müştəri alınan malın onlara hədiyyə alındığını bldirib paltarları geri veririlər.Bunun müəyyən qədər qarşısını ala bilmək üçün fərqli bir metoddan istifadə edərək problemin azda olsa qarşısını almağa çalışırlar

Mövcud qanunvericiliyə görə isə geyimlərin qaytarılmasında incə bir detal varki, bunu çox vaxt satıcılar bilmir və buda alıcılar üçün fürsət olur. Əslində geyimlərin qaytarılması olmaz. Burda ancaq dəyişdirilməyə icazə verir.

Qeyd edək ki, qızıl məmulatları, alt geyimləri, kosmetik və gigiyenik vasitələr, parfüm və bu qəbiləndən olan malların qaytarılması və dəyişdirilməsi mümkün deyil.. Ancaq bu mallarda istehsal səhvi olarsa zəmanat müddətində onların dəyişdirilməsi mümkündür.

  DİGƏR XƏBƏRLƏR