Bəşşar Əsədin ordusu İdlibdə 2 yaşayış məntəqəsini ələ keçirib

Bəşşar Əsədə sadiq qüvvələr Rusiyanın hava dəstəyi ilə İdlibin cənubundakı 2 yaşayış məntəqəsini ələ keçirib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Bəşşar Əsədin ordusu və İranın dəstək verdiyi qüvvələr gecə saatlarında İdlibin cənubunda müxaliflərin nəzarəti altında olan iki kəndə qurudan hücuma keçib.

Rusiyanın hava dəstəyi nəticəsində Bəşşar Əsədə sadiq qüvvələr Marşimarin və Deyr Şarki kəndlərini ələ keçiriblər.

  DİGƏR XƏBƏRLƏR