Bakı kosmosdan belə görünürmüş – FOTO

Rusiyalı kosmonavt Oleq Kononenko Bakının kosmosdan fotosunu çəkib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kononenkonun çəkdiyi foto “Roskosmos”un saytında yerləşdirilib.

Kosmosdan çəkilən fotoda paytaxtımızın gecə görüntüsü əks olunub.

O.Kononenko Bakı ilə yanaşı, Rusiyanın bir sıra şəhərləri, o cümlədən dünyanın məşhur şəhərləri olan Nyu-York, Vaşinqton, Las-Veqas, London, İstanbul, Afina, Tehran, Mumbai, Tokio, Roma, Şanxay və s. mərkəzlərin kosmosdan fotolarını çəkib.

Rusiyalı kosmonavt şəhərlərlə yanaşı, kosmosdan Yer kürəsinin, Ayın, eyni zamanda məşhur təbii obyektlərin də görüntülərini lentə alıb.

Qeyd edək ki, 56 yaşlı O.Kononenko Rusiyanın sayca 102-ci, dünyanın isə 473-cü kosmonavtıdır. O, 5 dəfə açıq kosmosda olub.

Bakı kosmosdan belə görünürmüş
Bakı kosmosdan belə görünürmüş

  DİGƏR XƏBƏRLƏR