“Bitcoin”in qiyməti artmağa başladı

“Bitcoin” yenidən özünə gəlməyə başlayıb. Kriptovalyutanın dəyəri təxminən 20 faiz artıb.

Bizimyol.info xəbər verir ki, indi “Bitcoin” 8600 dollardan baha satılır. Beləcə, oktyabrdan başlayan dəyəritirmə prosesi dayanıb.

“Luno” kriptobirjasında biznesin inkişafı üzrə rəhbər Vicay Ayyar artımı bazarda yeni birja alətlərinin peyda olması ilə əlaqələndirib. Onun fikrincə, irəlidə bizi uzunmüddətli trend gözləyir. Yəni qiymət artımı davam edəcək. Ayyarın fikrincə, keçən ilin ən yüksək göstəricisi olan 9500 dollar psixoloji həddi də aşıla bilər.

“Bitcoin” 2012-ci ildən səhnədədir. İlkin qiymət 8 sent olmuşdu. 2017-ci ilin axırında maksimal hədd müəyyənləşmişdi (20 min dollar). Onda qiymətin 50 min dollara çatacağı proqnozlaşdırılırdı. Amma əksinə oldu. “Bitcoin” 2019-cu ili 7210 dollarla başa vurmuşdu.

  DİGƏR XƏBƏRLƏR