Buna gedilərsə, SSRİ dağılmaya bilərmiş… Jirinovski açıqladı

Hakim Sov.İKP-nin iki ayrı partiyaya bölünməsi qərara alınsaydı, Sovet İttifaqı dağılmazdı.
Qaynarinfo xəbər verir ki, bu sözləri LDPR lideri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski Telegram-da bildirib.
“SSRİ-ni təkpartiyalı rejim məhv etdi”, – siyasətçi deyib.
Jirinovski qeyd edib ki, Sov.İKP mühafizəkar və sosial demokratik partiyalara bölünməliydi. Aralarında rəqabət başlayacaq və bu, SSRİ-ni xilas edəcəkdi.
Bundan əvvəl Jirinovski Rusiya xalqının Konstitusiyada dövlət yaradan rolunu təyin etməyin zəruriliyini bildirib. Suverenliyin mənbəyi “Rusiya Federasiyasının çoxmillətli xalqı” deyil, rus və digər xalqlardır, – deyə millət vəkili vurğulayıb.

  DİGƏR XƏBƏRLƏR