“FIFA və CAS mafiya kimi davranır” – Mişel Platini

“FIFA və İdman Arbitraj Məhkəməsi (CAS) mafiya kimi davranır”.

“Report” “Sport.pl” saytına istinadən xəbər verir ki, bu fikirləri UEFA-nın sabiq prezidenti Mişel Platini deyib.

65 yaşlı fransalı funksioner bildirib ki, hər iki qurum öz istədiyini edir: “Heç kim onların işini izləmir. Hər kəsi futboldan uzaqlaşdıra bilirlər. Məni də ortadan qaldırdılar. FIFA prezidenti olmamağım üçün hər şeyi etdilər”.

Platini deyib ki, FIFA prezidenti Canni İnfantino onun futbola qayıtmasına əngəl törədəcək: “Hər şey yaxşı planlaşdırıldı. Səbəbsiz deyildi ki, mənim cəzam 2019-cu ilin oktyabrında, FIFA prezidentinin yenidən seçilməsindən bir ay sonra başa çatdı”.

Qeyd edək ki, Mişel Platini UEFA-ya 2007 – 2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə enib. Onun cəzası 2019-cu ilin oktyabrında başa çatıb.

  DİGƏR XƏBƏRLƏR