Fransa prezidenti Qüdsdə polislərə qəzəbləndi – VİDEO

Qüdsə səfər edən Fransa prezidenti Emmanuel Makron burada İsrail polisinə qəzəblənib.

“Lenta.ru” xəbər verir ki, Müqəddəs Anna bazilikinə gələn dövlət başçısı polislərdən oranı tərk etməyi tələb edib.

“Buranı tərk edin, gedin. Bu qaydalar yüz illər boyunca mövcud olub və mən burda olduqca dəyişməyəcək”, – deyə E.Makron qışqırıb.

Makronu qəzəbləndirən İsrail polisinin onun arxasınca bazilikə girməyə cəhd etməsi olub.

Qeyd etmək lazımdır ki, 1142-ci ildə tikilən kilsə Fransa hökümətinə məxsusdur.

  DİGƏR XƏBƏRLƏR