Fransız iş adamı dünyanın ən varlı insanı olub

Sərvətini 4 ay ərzində 15 milyard dollar artıran Fransanın LVMH şirkətinin rəhbəri Bernard Arnault ABŞ-ın “Amazon” şirkətinin rəhbəriCef Bezosu qabaqlayaraq dünyanın ən varlı insanı olub.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, fond birjalarında “Amazon”un səhmləri 0,7% ucuzlaşıb, LVMH-ın səhmləri isə 0,7% bahalaşıb. Bununla da fransız iş adamı dünyanın ən zəngin insanına çevrilib. Belə ki, C.Bezosun şəxsi sərvəti760 milyon dollar azalaraq 115,6 milyard dollara düşüb, B.Arnaultun şəxsi sərvəti isə 1,9 milyard dollar artaraq 117 milyard dollara çatıb.

  DİGƏR XƏBƏRLƏR