İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq

İranın Mədəni inqilab üzrə ali şurası 10 milli bayramın rəsmi qaydada qeyd edilməsi planını təsdiq edib.

“İSNA” xəbər verir ki, bu bayramların arasında Zərdüştün doğum günü də var.

Bu haqda şuranın sədri Səid-Rza Ameli deyib.

Onun sözlərinə görə, İran zərdüştlüyün beşiyidir və ölkədə bu inanca təxminən 200 min insan etiqad edir.

  DİGƏR XƏBƏRLƏR