İrlandiyada çətin şəraitdə yaşamağı bacaran işçilər axtarılır

İrlandiyanın cənub-qərbində Kerri qraflığının sahillərində Qreys Blasket adası yerləşir. Mülk sahibləri Alisa Heyl və Billi Konor adaya çətin şəraitdə yaşaya bilən gözətçi və işçilər axtarır.

Trend-in məlumatına görə, nəzarətçilər apreldən oktyabra qədər adada balaca kafeni və 3 koteci idarə etməlidirlər.

Qreys Blasket adasında güclü küləklər olur, elektrik və isti su təminatı yoxdur. Soyuq su üçün isə bulağa getmək lazımdır.

  DİGƏR XƏBƏRLƏR