İşsiz və təqaüdçü deputatlığa namizədlərin sayı məlum olub

Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədliyi qeydə alınan işsizlərin və təqaüdçülərin sayı məlum olub. “Report”un xəbərinə görə, deputatlığa namizədlərin 282-i nəfəri işsiz, 40-ı isə təqaüdçüdür. Qeyd edək ki, deputatlığa namizədlərin sayı 1500 ötsə də, onlardan bir qismi namizədliyini geri götürüb. Hazırda deputatlığa namizədlərin sayı 1479 nəfərdir. Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçiriləcək.

  DİGƏR XƏBƏRLƏR