İsveçdə xristian müəllimələr də məktəbə hicabla gəldi…-FOTOLAR+VİDEO

İsveçdə məktəbəqədər və ibtidai məktəblərdə hicaba qadağa tətbiq edən şəhərlərdən birinin rəhbərliyinin qərarından qeyri-müsəlman müəllimlər də hiddətləniblər.
Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, bəhs edilən qadağadan sonra xristian inancına mənsub olan 6 müəllimə məktəbə müsəlman baş örtüyündə  gəlib. İsveçli pedaqoqlar bu yolla hicabda məktəbə getmələri qadağan edilən müsəlman ailələrin qızlarına dəstək olmaq qərarına gəliblər.
“Müsəlman şagird qızlar bizi başı örtüklü görəndə elə sevindilər ki… Onlar bizim dəstəyimizi hiss etdilər”- deyə Marit adlı xristian müəllimə bildirib.
Məktəblərdən birinin rəhbərliyi də etirazçı müəllimləri dəstəkləyib və   təhsil müəssisəsində hicaba qadağanı tətbiq etməkdən imtina edib.
“İstər mən, istərsə də həmkarlarım bu cür qərarların qüvvəyə minməsinə yol verməyəcəyik”- deyə məktəb direktoru Mattias Lidxolm bildirib.
Sultan Laçın

  DİGƏR XƏBƏRLƏR