“Keşlə” Anqoladan hücumçu aldı

“Keşlə” Futbol Klubu anqolalı hücumçu Aleşendr Kristovu ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.

Oxu.Az xəbər verir ki, 26 yaşlı futbolçu karyerasına Hollandiyanın “Xonine” komandasında başlayıb.

Bundan başqa, o, Hollandiyanın “Kambyur”, Anqolanın Hekreativu (Libulu), “Porselona”, Serbiyanın “Yavor”, Polşanın “Zaqvembye” və Rumıniyanın “Dinamo” (Buxarest) klublarında çıxış edib.

Anqola yığmasında səkkiz oyun keçirən və iki qol vuran Aleşendr Kristovunun son klubu Səudiyyə Ərəbistanının “Əl-Mujazzal” komandası olub.

Qeyd edək ki, qəsəbə klubu daha əvvəl özbəkistanlı sol cinah yarımmüdafiəçisi Şahrux Qadoyevi transfer etmişdi.

  DİGƏR XƏBƏRLƏR