KİV: “Qarabağ” italiyalı futbolçu ilə maraqlanır

“Qarabağ” İtaliyanın B Seriyasında çıxış edən Cuzeppe Paniko ilə maraqlanır.

“Report”un məlumatına görə, bu barədə İtaliyanın tanınmış idman jurnalisti Canluka Di Martsionun saytı yazıb.

Bildirilib ki, 23 yaşlı italiyalı hücumçunu B Seriyasındakı bir sıra komandalar da heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Cuzeppe Paniko İtaliyanın aşağı yaş qruplarından ibarət müxtəlif yığma komandalarının formasını geyinib. Onun klubu ilə müqaviləsi bu ilun yayında başa çatır.

  DİGƏR XƏBƏRLƏR