Məktəbli Seyid Həccə getmək üçün 4 il pul topladı…–İbrətamiz-FOTOLAR+VİDEO

Dağıstan sakini olan 10 yaşlı Seyid Məhəmməd Baqandov müstəqil şəkildə Həcc ziyarəti üçün para yığıb.
Moderator.az-ın rusdilli İslam saytlarına istinadla verdyi xəbərdə deyilir ki, 4 il əvvəl bu balaca müsəlman anasını Həcc ziyarətinə yola salıb və onunla birgə Məkkəyə gedə bilmədiyindən çox üzülüb. O vaxt hələ 6 yaşı olan Seyid qətiyyətlə qərara gəlib ki, necə olursa-olsun, Həccə getməlidir. Oğlan 4 il ərzində inadla vəsait yığıb,  böyüklərin ona verdiyi pulla şirniyyat və oyuncaq almaq əvəzinə,  onları daxıla qoyub.
Xoşbəxtlikdən  2019-cu ildə 10 yaşlı  məktəblinin anası Ümrəyə – kiçik Həcc ziyarətinə bilet qazanıb. Seyid Məhəmmədin əzmindən xəbər tutan Həcc operatorları ona güzəşt ediblər və anası ilə birlikdə Həcc ziyarətinə yollanmasına şərait yaradıblar.
“Mən orada  daim məscidə gedirdim və o məkandan çıxmaq istəmirdim. Zəm-zəm suyu içdim və hətta Müqəddəs Kəbəyə də toxuna bildim”- deyə balaca zəvvar sevinclə söyləyir.
Seyid Məhəmmədin yeni hədəfi isə para toplayaraq böyük  Həcc ziyarətinə yollanmaqdır.
Sultan Laçın

  DİGƏR XƏBƏRLƏR