“Mənə elə gəlir ki, bu yaşa çatdığıma görə Allaha şükür etmək lazımdır…”

Bu gün Xalq artisti Hacı İsmayılovun 76 yaşı tamam olur. H.İsmayılov Moderator.az-a açıqlamasında doğum günüylə bağlı öz xoş təəssüratlarını bölüşüb:
“Təbrikiniz üçün çox sağ olun. Bu gün 76 yaşım tamam olur və indi Azərbaycan Teatr Xadimləri İttifaqına gedəcəm bilirsiniz ki, orda sədr müaviniyəm və yoldaşlar məni təbrik edəcəklər. Axşam isə evdə olacam, ötən il yubileyim keçirildiyi üçün bu gün elə bir tədbir və görüşlər nəzərdə tutulmur”.
Xalq artisti bu yaşa qədər yaşadığına görə Allaha şükür etdiyini bildirib:
“Şükürlər olsun ki, Allah mənə bu ömrü verib və bunu da çalışmışam ki, mənalı yaşayıb özümdən sonra bu dünyada bir iz qoyub gedim. Mənə elə gəlir ki, bu yaşa çatdığıma görə Allaha şükür etmək lazımdır. Sənətkarlar görmüşəm, gözəl mühitdə yaşamışam və hər şeydən də razıyam. Doğrusu, məktəb illərində teatra da, idmana da həvəsim var idi, amma son nəticədə teatr qalib gəldi və aktyor olmaq qərarına gəldim”.

  DİGƏR XƏBƏRLƏR