Mahir Emrelinin Zaqataladakı biznesi

“CBC Sport”da yayımlanan “Foto+” verilişinin qonağı Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Mahir Emreli olub.

Qafqazxeber.az axşam.az-a istinadən xəbər verir ki, futbolçu Zaqatalada edilən çəkilişdə biznesindən, ailəsindən bəhs edib. Mahir futbolda qazandığı pulları biznesə yatırdığını deyib.

Anası Elnurə Emreli bildirib ki, mahirin mal-qara biznesi var:

“Mahir bacardığı qədər Zaqatalada yatırım edir. Onun burada ferması var. Ötən ildən açılıb”.

Dayısı isə Mahirin fındıq bağının da olduğunu bildirib.

  DİGƏR XƏBƏRLƏR