Meduza Selena Qomezə hücum etdi – FOTO

Dünyaca məşhur müğənni Selena Qomezi meduza dişləyib.

Haberler.com xəbər verir ki, rəfiqələri ilə birlikdə Havay adalarında dincələn müğənni meduzanın hücumundan sonra anidən yerə yıxılıb.

Rəfiqələri tibbi yardım çağırıb. Daha sonra Selena sahildə olan bir oğlanın köməyi ilə avtomobilə aparılıb.

Tibbi müdaxilədən sonra onun səhhətində hər hansı problemin olmadığı açıqlanıb. Selena istirahətinə qaldığı yerdən davam edib.

Sevinc Yasinqızı

  DİGƏR XƏBƏRLƏR