Monqolustan Çin ilə sərhədini bağladı

Monqolustan hökuməti Çin ilə sərhədi bağlayıb.
Qaynarinfo “Global Times” qəzetinə istinadla xəbər verir ki, buna səbəb yeni növ koronavirusun ölkəyə yayılmasının qarşısını almaqdır.
Qəzet bildirir ki, xüsusilə, piyadalar və nəqliyyat vasitələri sərhədi keçə bilmirlər. Çin hakimiyyəti ölkələrində 2,7 min xəstəlik hadisəsini təsdiqləyir.
Üstəlik, bu günə qədər yalnız 80 ölüm var. Xəstəlik demək olar ki, bütün ərazini əhatə edib və dünyanın başqa dövlətlərinə də yayılıb.

  DİGƏR XƏBƏRLƏR