Omanda 50 ildən sonra yeni hökmdar: Varissizlik…

Omanın daimi sultanı Kabus ibn Səidin ölümündən sonra ölkədə 50 ildə ilk dəfə rəhbər dəyişmiş olub.
Qaynarinfo xəbər verir ki, sultanın heç bir varisi qalmadığına görə, monarxın seçilməsi qərarı hakim ailənin digər üzvləri tərəfindən verilib. Omanın “Al Vatan” qəzetinin Tvitterdəki xəbərinə görə, mədəniyyət və milli irs naziri Haysam bin Tarek Al Saeed yeni sultan təyin edilib.
Artıq dövlət başçısı Oman Şurasında (parlament tipli iki palatalı müşavirə orqanı) and içib.
Xatırladaq ki, sultan Kabus ibn Səid uzun sürən xəstəlikdən sonra 79 yaşında vəfat edib. “Reuter”in məlumatına görə, 2015-ci ildən bəri sultan xərçənglə mübarizə aparıb və son zamanlarda vəziyyəti xeyli pisləşmişdi.

  DİGƏR XƏBƏRLƏR