Prezidentin çıxışından sonra bu kənddə altı ildir sakinlər siqareti tərgidib – MARAQLI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siqaretin zərərləri ilə bağlı çıxışından sonra Batmanın Gərcüş rayonunun Kaynarca kənd sakinləri kütləvi şəkildə siqareti tərgitmək qərarına gəliblər.
Moderator.az xəbər verir ki, kəndin muxtarı Hüseyn Şahin deyib ki, prezidentin çıxışından nəticə çıxararqq siqareti tərgitdik və artıq 6 ildir ki, kənddə heç kim siqaret çəkmir:
“Bu kənddə heç kim siqaret çəkmir. Dədə-babalarımız qədimdən siqaret çəkiblər, dünyalarını dəyişmədən öncə bizlərə də dedilər ki, siqaret zərərlidir, çəkməyin. Biz prezident Rəcəb Tayyib Ərdoğanın siqareti sevmədiyini bilirik. Həm böyüklərimizi, həm də prezidentimizi dinləyib siqareti tərgitdik. Artıq 6 ildir ki, siqaret çəkmirik. Biz bunu uşaqlarımıza da demişik və onlar da bundan uzaqlaşdılar”.

 

  DİGƏR XƏBƏRLƏR