PROFESSOR VÜQAR MƏMMƏDOVUN SEÇİCİLƏRLƏ GÖRÜŞLƏRİ BAŞLADI – FOTOLAR

22 saylı Nəsimi ikinci dairədən deputatlığa namizəd professor Vüqar Məmmədov sakinlərlə görüşlərə başladı. Kaveroçkin küçəsi 21-də yaşayan seçicilərlə görüşlər zamanı namizədin platforması aktiv müzakirə olundu. Vətəndaşlar səhiyyə sektorunda ciddi islahatların aparılmasının vacibliyini qeyd etdilər.

Şəkərli diabet xəstəliyinin müalicəsində və dərmanlarla təminatda mövcud problemlər, pulsuz paylanılan dərman preparatlarının keyfiyyəti və s. məsələlər müzakirə edildi. Sakinlər arasında tanınmış jurnalistimiz Flora Xəlilzadə Vüqar müəllimə öz dəstəyini bildirdi və dairədən seçilməsini istədiyini açıq elan etdi. O yeni işə başladığı üçün məşğul olub vəkillik edə bilməyəcəyini, lakin qeyri-rəsmi vəkil qismində bəzi toplantılara qatılacağını bildirdi. Qonşular da onu bu məsələdə yekdilliklə dəstəkləyib bildirdilər ki, 09 fevralda 151-ci məktəbin seçki məntəqəsinə gələcəklər və V.Məmmədova səs verəcəklər. Platforma və bukletlər paylandıqdan sonra xatirə şəkli çəkildi. Sonra bəzi mənzilləri ziyarət edərək Vüqar Məmmədov sakinlərlə onların evlərində görüşdü.

İkinci görüş Kaveroçkin 1 və Ş.Abdullayev küçələrində baş verdi, insanlar arasında “Güllü dərə” adlanan Göy məscidin arxasında yerləşən yerdə. Burada sakinlər hündürmərtəbəli binanın qarşısında olan ümumi həyətlərində istirahət üçün yerin ayrılmasını, tikinti-təmir işlərinin görülməsini namizəddən xahiş etdilər.

Sonra bəzi mənzilləri ziyarət edərək Vüqar Məmmədov sakinlərlə onların evlərində görüşdü. Buradakı sakinlər 26 yanvar 2020-ci ildə MSK-nın ayırdığı yerdə Vüqar Məmmədovla toplantıya qoşulacaqlarını bildirdilər.

Daha sonra, görüşlər Novruzov Qardaşları küçəsi ilə davam etdirildi və burada da bir xeyli maraqlı görüşlər oldu. Namizədin komandası çox effektiv hazırlıq işləri gördüyü üçün görüşlər əvvəlcədən təşkil olunmuşlar. Novruzov Qardaşları küçəsi ilə Sənani küçəsinin birləşməsində məhlənin ağsaqqallarından olan Hacı müəllimin xeyir-duası ilə maraqlı toplantı keçdi. Soyuq havaya baxmayaraq insanlar dağılışmaq istəmirdi, çoxsaylı problemlər müzakirə edildi.

Bir çox məsələlər səhiyyədəki problemlərlə, digər hüquqi məsələlərlə bağlı idi. Digər ərazilərdə olduğu kimi, burada da qonşuluqda aparılan tikinti şirkətlərinin özbaşınalığı xalqın əsaslı narazılığını əmələ gətirir. Namizədlə söhbət nəticəsində sakinlər yalnız Vüqar Məmmədova səs verəcəklərini deyərək plakatlarını istəyib könüllü onun təşviqatına kömək edəcəyini bildirdilər. 25 yanvar 2020-ci ildə MSK-nın ayırdığı yerdə toplantıya qoşulacaqlarını bildirdilər.

Günün son görüşü Qulu Quliyev küçəsində 11/13 binanın ağsaqqalları ilə keçirildi. Sakinlər namizədin 51 yaş həyat ömrü üçün əldə etdiyi nailiyyətlərindən təsir alıb məmnun qaldıqlarını qeyd edib, onun deputat seçilməsini arzu etdilər və seçkiyə elliklə gələcəklərini bildirdilər. Yoldaşların bir çoxu imza toplanmada da namizədi müdafiə etdikləri üçün onlara ayrıca minnətdarlıqlar bildirildi.

Xatırladaq ki, professor Vüqar Məmmədov Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) birinci vitse-prezidenti, Təhsil komitəsinin sədri, İcra komitəsinin və idarə heyətinin üzvüdür.

1967-ci ildən fəaliyyət göstərən DTHA-nın icra komitəsində təmsil olunan ilk müsəlman alimidir. 25 yanvar 2020-ci ildə MSK-nın ayırdığı Qızlar Universitetinin zalında saat 15:00-da və 26 yanvarda Tikiş Fabrikasının həyətində saat 14:00-16:00-dək namizədimizin seçicilərlə görüşü olacaq. 055 450 54 04 telefonu ilə əlaqə saxlanıla bilər.

  DİGƏR XƏBƏRLƏR