“Qarabağ” yarım milyona hücumçu alır

“Qarabağ”ın İspaniyanın “Leqanes” klubundan heyətinə qatacağı gözlənilən futbolçu Ovusu Kvabenanın transfer qiyməti müəyyənləşib.

Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, Azərbaycan çempionu La Liqa təmsilçisi ilə 2022-ci ilin yayına qədər müqaviləsi olan qanalı hücumçunu icarəyə götürməyi deyil, birdəfəlik transfer etməyi planlaşdırır. 23 yaşlı forvardın keçidi Ağdam təmsilçisinə 300 min avroya (565 min manat) başa gələcək.

Lakin müqavilədə yer alan bəndə əsasən, “Leqanes” Kvabenanın bundan sonrakı transfer hüququnun 50%-nə də sahib olacaq. Bu keçiddən hücumçunun mövsümün ilk yarısını icarədə keçirdiyi “Kordoba” klubu da yararlanacaq.

Qeyd edək ki, 22 yaşlı forvard 2019/20 mövsümünün ilk yarısında icarə əsasında “Kordoba”da oynayıb (18 oyun, 6 qol). Artıq “Leqanes” Qana millisinin üzvünün “Qarabağ”a keçidinə razılıq verib. O, ötən ildən dəvət aldığı Qana millisində 3 oyun keçirib.

  DİGƏR XƏBƏRLƏR