“Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanıldı – FOTOLAR

Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs tutulub.

Qafqazxeber.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayonun Vəndam qəsəbəsində keçirilən əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakini Hacıömər Abbasovun idarə etdiyi “İveco” markalı yük avtomobili saxlanılıb.

Avtomobilin yük yerinə baxış keçirilən zaman oradan adı Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşən 2 baş maral aşkar edilib. Sürücü H.Abbasov şübhəli şəxs qismində saxlanılıb. O,ifadəsində həmin maralları Zaqataladan Qəbələ rayonuna satmaq məqsədilə gətirdiyini bildirib.

Polis əməkdaşları tərəfindən həmin marallar Şahdağ Milli Parkına təhvil verilib.

Faktla bağlı Qəbələ RPŞ-də araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR