“Real” 11-ci dəfə İspaniya Super kubokunun qalibi oldu

Səudiyyə Ərəbistanında İspaniya Super kubokunun final qarşılaşması keçirilib.

Finalda Madrid şəhərinin iki təmsilçisi “Real” və “Atletiko” qarşılaşıblar. Oyunun əsas və əlavə vaxtında komandalar hesabı aça bilməyiblər.

Oyunun 116-cı dəqiqəsində “Atletiko”nun müdafiəçisi Federiko Valverde qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb və komandasını azçıqda qoyub.

Bununla belə, “kral klubu” penaltilər seriyasında daha dəqiq olub və qalib gəlib – 4:1. Beləliklə, “Real Madrid” tarixində 11-ci dəfə İspaniya Super kubokuna yiyələnib.

  DİGƏR XƏBƏRLƏR