Rok musiqisinin əfsanəsi dünyadan köçdü

Kanada “Rush” rok ccəmiyyətinin əfsanə baraban ifaçısı Neil Pirt 67 yaşında vəfat edib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, o, beyin xərçəngindən dünyasını dəyişib. İfaçının ailəsi adından açıqlama verən Elliot Mintz Neilin Santa Monika şəhərində vəfat etdiyini bildirib.
“Qəlbizim qırıq və dərin kədərlə dostumuz, ruh yoldaşımız və 45 ildən çox qrup dostumuz Neilin beyin xərçəngi ilə 3 il yarım cəsarətlə mübarizə apardıqdan sonra həyatını itirdiyi xəbərini sizinlə paylaşmaq məcburiyyətindəyik”, – deyə “Rush” qrupunun Tvitter hesabında yazılıb.
Qeyd edək ki, qrup 1974-cü ildə yaradılıb.

  DİGƏR XƏBƏRLƏR