Rusiyanın “daşınmaz əmlak kralları” bəlli oldu

Rusiyada 2019-cu ilin yekunlarına görə, daşınmaz əmlak üzrə fəaliyyət göstərən ən iri şirkətlərin və sahibkların adları məlum olub.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Forbes” jurnalı xüsusi siyahı tərtib edib.

Xəbərdə Kabardin-Balkar Respublikasının keçmiş prezidenti Arsen Kanokovun “Sindika” şirkətinin və biznesmen Vladimir Leşnikovun “Slavyanskiy mir” şirkətlər qrupunun ilk dəfə reytinq cədvəlinə daxil olduğu göstərilib.

Siyahıya daşnmaz əmlakdan yüksək icarə haqqı qazanan 30 biznes strukturunun adı daxil edilib.

İlk sıra bir neçə ildir dəyişməz olaraq milyarderlər Qod Nisanov və Zaxar İliyevə məxsus “Kiyevskaya ploşad” şirkətlər qrupuna məxsusdur. Bu firma Rusiyada “Evropeyski” ticarət-əyləncə mərkəzi, “Fud Siti” aqroklasteri, “Depo Lesnaya” qastronomik məhəlləsi, “Naqatanskaya” nəqliyyat-ötürücü mərkəzi, “Olimpiyski” idman-əyləncə mərkəzi kimi iri layihələri həyata keçirib. Şirkətin icarə gəlirləri 1,6 milyard dollar dəyərindədir.

İkinci sırada erməni biznesmen Samvel Karapetyanın “Taşir” qrupu gəlir. 2019-cu ildə “Taşir”in gəlirləri 655 milyon dollar olub. Samvel Karapetyanın firması özündə tikinti, istehsalat, maliyyə və energetika sahələrində fəaliyyət göstərən 200 şirkəti birləşdirir.

Üçüncü yer 580 milyon dollarlıq gəlirlə Mixail və Sait-Salam Qutseriyevlərin “Safmar” qrupuna aiddir. Qrupun iri obyektlərindən biri “Moscow Marriott Grand” oteli və “Kaleydoskop” ticarət mərkəzidir.

Reytinq cədvəlində dördüncü yerdə 510 milyon dollarlıq gəlirlə 44 ticarət mərkəzinə, o cümlədən “Meqa Belaya Daça”, Meqa Ximki” və “Meqa Teplıy Sneq” kimi iri obyektlərə sahiblik edən “İngka Centres” (keçmiş İKEA Centres) dayanır.
İlk 5-liyi isə 380 mimlyon dollarlıq gəlirlə Aleksandr Kalyaçinin “Gleden İnvest” şirkəti qapadır. Bu şirkət “Krasnaya roza”,

“Danilovskaya manufaktura” kimi iş komplekslərinə sahibdir.

 

  DİGƏR XƏBƏRLƏR