Rüşvət istəyərkən görüntülənən polis əməkdaşı ölüb – FOTO

Azərbaycanda yol polisinin rüşvət alması ilə bağlı növbəti vidoegörüntü yayılıb.

Oxu.Az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan görüntülərdən bəlli olur ki, Şirvanda yol polisi sürücünü saxlayır və pul istəyir. O isə deyir ki, şirkətin sahibi rəisə “hörmət” edəcək.

Məsələ barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlama verib.

O bildirib ki, yayılan videogörüntü araşdırılıb:

“Araşdırma zamanı məlum olub ki, həmin əməkdaş 2018-ci il mayın 14-də işində yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Həmin il o vəfat edib”.

  DİGƏR XƏBƏRLƏR