“Sovet hökuməti zamanı Oktyabr inqilabı ilə bağlı yüzlərlə film çəkilib, indi isə…”

Valeh Kərimov: “Tariximiz, qəhrəmanlarımız, faciələrimizlə bağlı həm kino, həm də teatr müstəvisində çox iş görmək lazımdır”


Bu ay 20 Yanvar faciəsinin 30, gələn ay Xocalı soyqırımının 27, mart ayında isə 31 Mart soyqırımının 101-ci ildönümüdür. Bəs tariximizdə özünəməxsus yer tutan bu hadisələrin əbədiləşdirilməsi, təbliği baxımdan kino və teatr sahəsində lazımınca iş görülübmü? İncəsənətimizdə bu məsələlərə yetərincə diqqət varmı?

 

Moderator.az-a açıqlama verən xalq artisti Valeh Kərimov bu istiqamətdə görülməsi gərəkən çox işin mövcud olduğunu vurğuladı:

 

“Təbii ki, tariximizlə bağlı filmlərin çəkilməsinə, tamaşaların hazırlanmasına ciddi ehtiyac var. Bununla bağlı önümüzdə bir sıra nüunələr də mövcuddur. Sovet hökuməti dağılıb getsə də, onun yaxşı işləri də mövcud idi. Bu işlərdən biri tarixi hadisələri diqqət mərkəzində saxlaması idi.

 

Oktyabr inqilabı haqqında sovet hökuməti bəlkə də min dənə film çəkmişdi. Bu inqilabı yaddan çıxmağa qoymur, onu filmlər vasitəsi ilə təbliğ edirdi. Bizdə isə təəssüf ki, tarixi hadisələrlə bağlı çox az filmlər çəkilir. Ara-sıra bu cür addımlar atılsa da, təbii ki, bu, qənaətbəxş hesab edilə bilməz.

 

Qəhrəmanlıq salnamələrimiz, faciələrimiz, aparılan tarixi mübarizə hər zaman yadda olmalı, yalnız yubileydən-yubileyə yada düşməməlidir. Biz tarixi həqiqətlərimizin təbliğ edilməsini, gənclərimizin bu hadisələrin mahiyyətinə dərindən bələd olmağını istəyiriksə, o zaman bu məsələlərə daha ciddi diqqət yetirməliyik”.

  DİGƏR XƏBƏRLƏR