Sumuq Qala tarixi abidəsi ilə bağlı maraqlı məlumatlar (VİDEO)

Qax rayonundakı Sumuq Qala tarixi abidəsi ilə bağlı video-bloger Omar Qurbanov maraqlı video-sujet hazırlayıb.

AzToday.az xəbər verir ki, Qax rayonunun İlisu kəndində Bucaq məhəlləsində müdafiə qülləsi kimi XVII – XVIII əsrdə inşa olunub. Dağlıq ərazilərdə yaşayan insanların ailəsi ilə birlikdə düşməndən qorunmaq üçün yaşayış evinə bitişik inşa etdikləri müdafiə qülləsinin bir örnəyidir. Qüllənin inşasında çay daşından, əhəng məhlulundan və bişmiş kərpicdən istifadə olunub. Qalanın adıyla bağlı bir sıra mülahizələr mövcuddur. Rəvayətə görə qüllə Sumu xan adlı bir İlisu hakimi tərəfindən inşa etdirilmışdir. Lakin tarixi mənbələrdə Sumu xan yox, sadəcə Usmi (dağlı hakimlərə verilən titul məsələn Qaytaq usmisi) titulu ilə bir müddət sultanlığı ıdarə etmiş Məhəmməd xanın adına rast gəlinir.

Sumuq qala ayrıca bütün keçmiş SSRİ məkanında “Qorxma mən səninləyəm” filmi ilə məşhurdur. Yuli Qusmannın çəkdiyi bu musiqili məcara filmində sovet estradasının və kinosunun Polad Bülbüloğlu və Lev Durov kimi məşhur ulduzları oynamışlar.

Omar Qurabnovun Sumuq Qala ilə bağlı hazırladığı videonu təqdim edirik:

  DİGƏR XƏBƏRLƏR