“Tramp diktatordur, hakimiyyətdən getməlidir” – Konqresdən təpki

ABŞ Demokratlar Partiyası prezident Donald Trampın hakimiyyətdən getməli olduğunu bəyan edib.

Partiyanın yekun rəyi bundan ibarətdir ki, Tramp ABŞ Konstitusiyasında nəzərdə tutulmuş hakimiyyət balansını və dünya düzənini pozmaqla məşğuldur.

Adam Şif Adam Şif, Foto: CNN.com

Bizimyol.info xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Kəşfiyyat Komissiyasının sədri, demokratların təmsilçisi Adam Şif Trampın partiya yoldaşlarına  – respublikaçılara müraciət edib: “Sizin Trampa münasibətdə hissləriniz nə olursa, olsun, başa düşməlisiniz ki, Tramp bundan sonra da təkrar-təkrar özünü ölkədən daha üstün tutacaq. Dəxli yoxdur siz onu sevirsinin, yaxud ondan acığınız gəlir, əsas məsələ odur ki, Tramp ölkə üçün təhlükədir və o, bu hərəkətlərini təkrar-təkrar edəcək. Onun prezident olaraq davranışına nəzər salsaq, heç birimiz onun bu addımları yenidən atmayacağına əmin ola bilmərik. Çünki o özü də hər gün bizə deyir ki, yenə belə edəcək”.

Cerri Nadler Cerri Nadler, Foto: CNN.com

Demokratların başqa bir nümayəndəsi, Konqresin Ədliyyə Komissiyasının sədri Cerri Nadler isə Trampı “diktator kimi davranmaqda” ittiham edib. “Tramp Konqresə qarşı hörmətlə davranmır. O, xalqın vəkillərinə qarşı hörmət nümayiş etdirmir. Yalnız öz iradəsini yeridir. O bir diktatordur. Belə davam edə bilməz.”

  DİGƏR XƏBƏRLƏR