Türkiyədə dünyanın ən unikal binası istifadəyə veriləcək – Foto

Türkiyədə dünyanın ən böyük seysmik izolyasiyalı binasının – Başakşehir Şəhər Xəstəxanasının bu ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır.

Axar.az xəbər verir ki, 1 milyon kvadrat metr sahəsi olacaq bu bina 2040 seysmik izolyatorlu otaqdan ibarətdir.

Qeyd edilir ki, xəstəxanadakı xüsusi zəlzələ izolyatorları sayəsində ən şiddətli yeraltı təkanlar zamanı belə bütün tibbi heyət fəaliyyətini normal qaydada davam etdirə biləcək.

Ümumilikdə 2682 otağı olacaq Başakşehir Şəhər Xəstəxanası üç binadan – 2354 otaqlı əsas korpusdan, 200 otaqlı Müalicə və reabilitasiya korpusundan və 128 otaqlı Psixiatriya xəstəxanasından ibarətdir.

  DİGƏR XƏBƏRLƏR