Türkmənstanda prezidentin saçları qəfil ağardı, dövlət məmurlarının işi qəlizləşdi

Türkmənistanın Marı vilayətində bütün dövlət strukturlarından və müəssisələrdən prezidentin portretlərini dəyişdirmək, yeni portretlərini alıb asmaq tələb olunur.
Virtualaz.org xəbər verir ki, buna səbəb prezident Qurbanqulu Berdıməhəmmədovun saçlarının rənginin dəyişməsidir.
Belə ki, Berdıməhəmmədov son vaxtlara qədər televiziya ekranlarında tünd qara saçları ilə görünürdü. Lakin 2018-ci ilin avqustunda o, qəfildən imicini dəyişib, tünd qara saçları göz önündə ağarmağa başlayıb. Hazırda Berdıməhəmmədovun saçları xeyli çallaşıb və onun indiki görkəmi ilə iki il əvvəlki görkəmi arasında ciddi fərq var.
Nəticədə dövlət strukturlarının və müəssisələrin rəhbərlərindən tələb edirlər ki, tezliklə prezidentin porteretlərini dəyişsinlər. “Əgər portretləri dəyişməsələr onları böyük cərimələrin gözləyəcəyini, hətta işdən çıxarılacaqlarını deyiblər”,-büdcə təşkilatlarından birinin işçisi “Azadlıq” radiosunun türkmən xidmətinə bildirib.
“Prezident hər ay saçının rəngini dəyişir və bizdən onun portretlərini yeniləmək tələ olunur”,-o şikayələnib.
Mağazalarda Berdıməhəmmədovun porteretinin qiyməti 10 manatdan 100 manata qədər dəyişir. Portreti çərçivəyə salmaq üçün isə əlavə 50-200 manat xərcləmək lazımdır. Başqa sözlə, prezidentin portretini yeniləmək məmurlara hər portretə görə 300 manata başa gələ bilər. Bu, qara bazar məzənnəsi ilə 15 dollar, rəsmi məzənnə ilə 85 dollar deməkdir.
Bundan başqa bütün müəssisələrdən tələb edirlər ki, prezidentin  “Türkmənistan-neytralitet Vətənidir” şüarı ilə plakatlarını assınlar. Həmin plakatlar isə 200 manata yaxındır.
Ötən il Türkmənistanda “Çiçəklənən vətən” şüarı altında keçmişdi. Bu il isə prezident “Türkmənistan-neytralitet Vətənidir” şüarını irəli sürüb.

  DİGƏR XƏBƏRLƏR