Tverdə alman əsgərin 1943-də arvadına yazdığı məktubu tapıldı: “Əziz Truda…”

Rusiyanın Tver bölgəsində evlərdən birinin çardağında İkinci Dünya Müharibəsi vaxtı alman hərbçilərindən birinin yazdığı məktub tapılıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 1943-cü ilin sentyabrına aid məktubun alman əsgərinin və ya zabitinin həyat yoldaşına ünvanladığı ehtimal edilir. Mətnə görə, hərbçinin adı Frisdir və ailəsi Hallingendə yaşayır.
“Əziz Truda. Məktubu şənbə günü 4-də aldım. Maiueranın xəbəri məni çox qorxudur. Ümid edirəm bu, bir daha baş verməz. Dövr getdikcə pisləşir. Dəhşət dalıyca dəhşət gəlir”, – məktubda qeyd olunur.
Məktubdan belə məlum olur ki, nasist Almaniyasının əsgərləri Sovet İttifaqı üzərində qələbəyə şübhə etməyiblər.
“Əlbəttə, tam qələbəyə az qalıb. Birinin taleyi digərini narahat etmir. Hər kəs necə öldüyünü və ya yaşadığını görür. Amma biz bu böyük dövrün milli tərbiyəsi sayəsində böyüdük”, – deyə davamında qeyd olunur.

  DİGƏR XƏBƏRLƏR